Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:05

H.Klinton: "Ermənistan-Türkiyə danışıqlarına dəstək veririk"


ABŞ Dövlət Katibi Hillari Klinton Türkiyə ilə Ermənistan arasında münasibətlərin ilkin şərtlər olmadan və mümkün qədər tez bir vaxtda həll olunmasına Vaşinqtonun güclü dəstək verdiyini deyir.

Bu barədə Dövlət Katibi sentyabrın 28-də New Yorkda Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyanla görüşündən sonra qısa açıqlamada bildirib:

“Biz Xarici İşlər naziri və əlbəttə, Ermənistanın prezidenti ilə yaxından işimizi davam etdirəcəyik. Biz həmçinin, Ermənistanda demokratik inkişafla bağlı öhdəliklərimizə sadiqik. Rifahın yaradılması və iqtisadi inkişafda yaxın dost və tərəfdaş olmaq istəyirik.

Beləliklə, bu, hər iki tərəfə faydalı olan əməkdaşlıqdır. Biz xüsusilə Ermənistanın da qərarlılıq nümayiş etdirdiyi normallaşma prosesində çox maraqlıyıq ki, bununla əlaqələrimiz daha da genişlənsin.”

Hillari Klinton bu gün Türkiyənin Xarici işlər naziri Ahmed Davudoğlu ilə də görüşüb.

Görüşdən sonra media qarşısında qısa çıxışında Dövlət Katibi bildirib ki, türkiyəli nazirlə ölkələri arasında bir neçə vacib məsələləri, o cümlədən enerji və Türkiyənin Avropa Birliyinə üzvlük məsələlərini, Ermənistanla münasibətlərin normallaşdırılması, Əfqanıstan, Pakistan, İran və Yaxın Şərqdəki problemləri müzakirə ediblər:

“Mən Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması istiqamətində cəhdlərini təqdir edirəm” – deyə Hillari Klinton bildirib.
XS
SM
MD
LG