Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:41

13 nəfər həlak olub, onlarla yaralı var


Bu gün İraqda baş verən partlayışlarda 13 adam ölüb, onlarla adam da yaralanıb. Həlak olunalardan 10 nəfəri təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.

Həmin partlayışlardan biri ölkənin qərbində İordaniya və Suriyaya yaxın olan Ramadi şəhərinə gedən yolun üstündə baş verib. Orada intiharçı yeddi polis əməkdaşını öldürüb, onunu isə yaralayıb.

Daxili İşlər Nazirliyinin məlumatlna görə, bu gün paytaxt Bağdadın şimalında dalbadal baş verən partlayışlarda da üş əsgər həlak olub, 28 nəfər yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG