Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:41

Xоdоrkovski sübutların gizlədildiyini deyir


Rusiyanın keçmiş neft zəngini Mixail Xоdоrkovski Rusiya prokurorlarını onun haqqında ittihamların ləğvinə gətibi çıxara biləcək faktları gizlətməkdə ittiham edib.

Bu gün keçirilən məhkəmədə Xоdоrkovski bu sübutların onu həbsdən çıxara biləcəyini deyib. Bildirdiyinə görə həmin sənədlər onun ittiham olunduğu neft ötürmələrinin əslində qanuni olduğunu sübut edir.

Amma prokuror Valeri Laxtin heç bir sənədi gizlətmədiyini bildirib. Yalnız onu bildirib ki, başqa sübutlar məhkəməyə daha sonra təqdim ediləcək.

Keçmiş Yukos neft şirkətinin rəhbəri Xоdоrkovski 25 milyon dollar pul mənimsəməkdə ittiham olunub. 2005-ci ildə onu saxtakarlıq və vergidən yayınmaq ittihamı ilə səkkiz il müddətinə azadlıqdan məhrum ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG