Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:08

Sel cənub bölgəsinin elektrik xətlərini sıradan çıxarıb


Ötən gecədən başlayan leysan yağışları Masallı rayonunun təsərrüfatlarına ziyan vurub. Bir neçə kəndin əkin sahələrini, yaşayış yerlərini su basıb. Viləş çayının daşması təhlükəsi yaranıb. Rayon icra hakimiyyəti aparatından verilən məlumata görə, ziyanın qarşısını almaq üçün tədbirlər görülür.

Astara və Lənkəran ərazilərində də leysan yağışları yağmaqda davam edir. Ərazidə olan Viləş, Pensər, Lənkəran çaylarının səviyyəsi 70-80 santimetr qalxıb. Xəzər dənizinin sahillərinə yaxın olan evlərin həyətlərini su basıb.

Leysan yağışların yağması elektirik enerjisinin verilməsində çətinliklər yaradıb. Astara, Lənkəran, Masallı rayonlarına elektrik enerjisi böyük fasilələrlə verilir. Rayonların elektrik şəbəkələrindən aldığımız məlumatlara görə, elektrik xətləri bir neçə istiqamətdə sıradan çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG