Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:59

Qərb İranın raket sınaqlarından narahat olub


Qərb ölkələri İranın son iki gündə apardığı raket sınaqlarından narahatlıq ifadə edib.

Dünyanın altı böyük dövlətindən olan nümayəndələrin oktyabrın 1-də Tehranın nüvə proqramını müzakirə edəcəkləri ərəfədə iran bir neçə orta və uzaq mənzilli raketlər sınaqdan keçirib.

Fransanın Xarici İşlər naziri bu gün İrandan narahatlıq yaradan işləri dərhal dayandırmağı tələb etdiklərini deyib.

Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Havyer Solana da bildirib ki, İranın raket sınaqları narahatlıq yaradır və Tehrandan ikinci nüvə zavodu ətrafından problemləri dərhal aradan qaldırmağı edir.

Avropa rəsmiləri hesab deyirlər ki, İranın gizli fəaliyyəti onun nüvə silahı yaratmaq üstündə işlədiyini göstərir.

İranın Xarici İşlər Nazirliyindən Qərbin narahatlığına heç bir əsas olmadığını bildiriblər.
XS
SM
MD
LG