Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:42

Müdafiə naziri İrana sanksiyanı silahdan üstün bilir


ABŞ-ın Müdafiə naziri Robert Gates hesab edir ki, İranın nüvə siyasətini dəyişməsi üçün diplomatik təzyiqlər və mümkün yeni sanksiyalar hərbi müdaxilədən daha təsirli ola bilər.

Dünən CNN televiziyasına müsahibəsində nazir deyib ki, amma bütün imkanlar stolun üstündədir.

Robert Qeyts hesab edir ki, keçən həftə ikinci nüvə zavodunu tikdiyini elan edəndən bəri Tehranın dünyada mövqeyi daha da zəifləyib. Onun sözlərinə görə, yeni sanksiyalar İranın bank sektorun, eləcə də neft və qaz sənayesinə avadanlıq və yeni texnologiyalara tətbiq edilə bilər.

İran özünün nüvə proqramının silah yaradılmasına deyil, enerji əldə edilməsinə yönəldiyində israr edir, amma zavodlarını BMT müfəttişlərinin yoxlamasına razı olmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG