Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:36

Polşalı kinorejissorlar müraciət ediblər


Oskar mükafatına layiq görülmüş polşalı rejissor Andrzey Vajda və digər polşalı kinorejissorlar Amerika, İsveçrə və Polşa hökumətinə müraciət ediblər ki, dünyaca məşhur rejissor Roman Polanskini azadlığa buraxsınlar. Roman Polanskini Amerikanın müraciəti əsasında İsveçrə polisi həbs edib.

Polşalı kino istehsalçıları assosasiyasının internet səhifəsində yerləşdirilmiş müraciətdə İsveçrə hökumətindən xahiş olunur ki, 76 yaşlı rejissoru azadlığa buraxsınlar. Amerika hökumətindən isə ittiham aktına yenidən baxılması rica olunur. Onlar həmçinin rejissorun Amerikaya təhvil verilməsinin qarşısını almaq xahişi ilə Polşa prezidentinə də zəng ediblər.

Əslən Polşadan olan Roman Polanski Fransa vətəndaşıdır. Onu 31 il əvvəl Amerikada həddi-buluğa çatmayan qızla əlaqədə ittiham edirlər.

Polşa və Fransanın xarici işlər nazirləri də rejissor Roman Polanskinin azadlığa çıxması üçün birgə mübarizə aparacaqlarını bildiriblər.

XS
SM
MD
LG