Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:59

Pensiyalar niyə gecikir?


Salyan, Masallı və Biləsuvar sakinlərinin sözlərinə görə, sentyabr ayının pensiyalarının ödənməsində gecikmələr var. Hər ayın 22-24-ü ödənilən pensiyalar yubanır.
Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Aparatının rəhbəri Əjdər Cəbiyev isə deyir ki, yaxın günlərdə bütün ölkə üzrə sentyabr ayı üzrə pensiyaların verilməsi başa çatacaq:

«Nazirlər Kabinetinin qərarına əsasən pensiyalar hər ayın 20-30 arası verilməlidir. İşlər bu qrafik üzrə davam edir».
XS
SM
MD
LG