Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:31

Salyanı sel basıb


Sentyabr ayının 27-də bir neçə saat yağan leysan Salyan şəhərində selə səbəb olub. Mərkəzi küçələri də daxil olmaqla rayonun bir neçə kəndində yollar, tikililər su altında qalıb.

Seldən ən çox ziyan Salyan şəhərinin mərkəzinə dəyib. Yerli sakinlər bunu şəhərin drenaj sisteminin işləməməsi ilə əlaqələndirir. Sakinlərin sözlərinə görə, kollektorun üzəri örtülüb və orada ticarət obyektləri tikilib. Bu səbəbdən küçələrə yığılan suyun axıdılması mümkün deyil.

Sel Salyanın enerji sistemində də problemlər yaradıb. Kür çayında isə daşqın olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG