Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:00

Məşhur rejissor həbs edildi


Dünyaca məşhur rejissor Roman Polanski İsveçrə polisi tərəfindən həbs edilib. Səbəb onun 31 il əvvəl Amerikada həddi-buluğa çatmayan qızla əlaqədə ittiham edilməsi və o vaxt barəsində həbs qərarı verilməsidir.

Rejissor Fransa vətəndaşıdır və 31 il qabaq Amerikanı tərk edəndən sonra həbsindən ehtiyat edərək çox səyahət etmirdi. İsveçrəyə o, film festivalında iştirak üçün gəlibmiş.

İndi İsveçrə hüquq-mühafizə orqanları 76 yaşlı rejissorun Amerikaya ekstradisiyasını müzakirə edir.
XS
SM
MD
LG