Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:28

Nazir jurnalistlərin işğal olunmuş ərazilərə səfərini qeyri-qanuni adlandırıb


Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son vəziyyət də müzakirə olunub
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son vəziyyət də müzakirə olunub
Türkiyənin Xarici İşlər naziri bir daha bildirib ki, ölkəsinin NTV kanalının jurnalistlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə getməsi qeyri-qanunidir. Əhməd Davudoğlu bu açıqlamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə verib.

Nazirlərin görüşü sentyabrın 26-da Nyu-Yorkada baş tutub.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son vəziyyət də müzakirə olunub. Elmar Məmmədyarov nizamlanmaya dair Azərbaycanın mövqeyini Əhməd Davudoğlunun diqqətə çatdırıb və problem həll edilmədən regionda sülh və sabitliyin təmin olunmasının qeyri-mümkünlüyünü bildirib.

Azərbaycanın Xarici İşlər nazirliyi bir neçə gün öncə NTV kanalının jurnalistlərinin Dağlıq Qarabağa səfər etməsi ilə bağlı Türkiyənin Azəbaycandakı səfirliyinə etiraz notası təqdim etmişdi. Həmin notaya isə hələ ki cavab gəlməyib. Bu barədə AzadlıqRadiosuna Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Sentyabrın ikinci ongünlüyündə Türkiyənin NTV kanalının müxbirləri Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa səfər edərək oradan veriliş hazırlayıblar. Verilişdə Xankəndi «Dağlıq Qarabağ Respublikasının paytaxtı» kimi təqdim edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG