Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:20

Türkiyə və Ermənistan arasında saziş oktyabrın 10-da imzalanacaq?


Türkiyə və Ermənistan arasında əlaqələrin qurulması haqda saziş oktyabrın 10-da İsveçrənin Sirix şəhərində imzalanacaq.

Bu haqda Frans press agentliyinə anonimliyinin qorunmasını istəyən Türkiyə rəsmisi bildirib.

Onun sözlərinə görə, iki ölkənin xairici işlər nazirləri əvvəlcədən razılaşdırılmış 2 sənəd imzalayacaqlar.

Ermənistan və Türkiyə keçən ay élan ediblər ki, onlar diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasına çağıran iki sənəd hazırlayıblar.

Həmin protokoların qüvvəyə minməsi üçün onların hər iki ölkənin parlamentindən keçməsi lazımdır.
XS
SM
MD
LG