Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:05

Iran raket sınağı keçirəcək


İran sentyabrın 28-də hərbi təlimlər çərçivəsində Şahab-3 raketinin sınağını keçirəcək. Müstəqil ekspertlər yer-yer tipli həmin raketlərin İsraili və Fars körfəzindəki Amerika bazalarını vurmaq gücündə olduğunu bildirirlər.

Şahab-3 raketləri bundan əvvəl də sınaqdan keçirilib və 2 min kilometr məsafəni vura bilir.

İran bu sınaqları Qərb dövlətləri ilə münasibətlərinin kəskinləşdiyi bir vaxtda elan edib. Amerika, Fransa və Britaniya uran zənginləşdirməyi dayandırmadığı üçün İranı yeni sanksiyalarla hədələyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG