Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Sakinlər pensiyaların gecikdirilməsindən şikayət edir


Azadlıq Radiosunun cənub bölgəsi üzrə müxbiri Müstəcəb Məmmədov xəbər verir ki, Astara və Lənkəranda pensiyaların verilməsi keckdirilir. Bir il öncə pensiyalar hər ayın birinci on günlüyündə verilərdi. Sonralar pensiyaların verilməsi hər ayın 15-16-na keçirildi. Son üç ayda isə pensiyalar hər ayın 24-25-də verilib. Sentiyabr ayının pensiyaları isə bu günə kimi verilməyib.

80 yaşlı Ələmdar Nəsirov müxbirimizə deyib ki, hər gün “Kapital” bankın Lənkəran filialına baş çəkir. Orada növbə tutub. Hər dəfə də deyirlər ki, pul yoxdur.

Rayonların əlaqədar təşkilatları bu barədə məlumatsız olduqlarını deyirlər. Astara Maliyyə Şöbəsinin müdiri Abbasov büdcə təşkilatlarında əmək haqların verilməsində problem olmadığını söylədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG