Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:35

30 türkmən fəhlə azad olunub


Türkmənistanən şərqində bir enerji şirkətində çinlilərlə türkmənlər arasında davaya görə tutulan 200 nəfərdən 30 nəfəri azad edilib.

Sentyabrın 12-də Türkmənistanın Samandepe və Yoloten regionlarında təbii qaz kəməri çəkən bir Şin şirkətinin fəhlələri ilə türkmənlər arasında kütləvi dava baş vermişdi. davada 15 çinli fəhlə ağır yaralanaraq xəstəxanaya düşmüşdü.

O zaman həmin hadisəyə görə yüzlərlə adam, o cümlədən də 200 nəfər türkmən tutulmuşdu.

Türkmən fəhlələr ayrı-seçkiliyə məruz qaldıqlarını, eyni işə görə onlara çinli fəhlələrdən daha az əməkhaqqı verilməsinə etiraz edirlər.

Tikintini aparan Çin şirkəti türkmən fəhlələrin şəraitini yaxşılaşdırmağa söz verib.

Dəyəri 7.3 milyar dollar olan Mərkəzi Asiya –Çin qaz kəmərinin tikintisinə 2007-ci ildə başlanıb. Bu kəmər Özbəkistan və Qazaxıstandan keçməklə Türkmənistan qazının Çinə çatdırılmasını nəzərdə tutur. Kəmərlə bu ilin sonunda qaz nəqli planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG