Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:22

Ilin əvvəlindən 1500 dinc sakin öldürülüb


BMT-nin yeni hesabatına görə prezident seçkilərinin keçirildiyi avqust ayı ilin əvvəlindən bəi Əfqanıstanda ən çox itki verilən ay olub.

BMT yanvardan avqusta qədər Əfqanıstanda silahlı toqquşmalarda dinc sakinlər arasında 1500 nəfər itki olduğunu bildirir. Ən çox itki isə avqust ayında olub.

Avqust NATO üçün də ağır olub. BMT-nin hesabatına həmin ay Əfqanıstanda 77 xarici ölkə əsgəri öldürülüb. Bu da ABŞ-ın rəhbərliyi ilə bu ölkəyə hərbi müdaxilənin başlanmasından bu yana bir ayda ən çox əsgər itkisidir.

Hesabata görə 2008-ci ildə Əfqanıstanda 2100 nəfər həlak olmuşdu.
XS
SM
MD
LG