Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:59

Papa çexləri öz xristian köklərinə dönməyə çağırır


Roma Papası XVI Benedikt hədsiz dərəcədə dünyəviləşmiş çexləri öz xristian köklərinə dönməyə çağırıb. Çex Respublikasına üç günlük səfərə gedən Roma Papası deyib ki, bu ölkədə kommunist erasından qalma dinə kəskin qarşıçıxma var.

Bu gün Praqa hava limanında qarşılanma zamanı Papa 1989-cu ildə sona çatmış kommunist rejimin katolik kilsəsinə necə zülm etdiyini xatırladıb.

Bu, son bir neçə onillikdə Roma Papasının Praqaya ilk səfəridir. Çexlərin bir çoxu səfərə ya biganədir, ya da düşmənçiliyini açıq ifadə edir.

Vatikanın mətbuat ofisinin rəhbəri Federico Lombardi deyib ki, layiqlik müasir Çex Respublikasının iliyinə işləyib və dindarlar bu ölkədə azlığa çevriliblər.

Təşkilatçılar sabah Brno şəhərində keçiriləcək kütləvi ibadətdə 100 min adamın iştirak edəcəyini deyirlər. İbadətə qonşu Avstriya və Polşadan da dindarların gələcəyi gözlənir.
XS
SM
MD
LG