Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:58

General təcili əlavə qüvvələr istəyir


Əfqanıstana əlavə hərbi qüvvələr almaq üçün Avropaya getmiş Qərb qüvvələrinin komandanı general Stanley McChrystal bu gün yenidən Kabula dönüb.

Onun sözçüsü Tadd Şoltis deyir ki, general öz xahişini ABŞ-ın Birgə Qərargahının komandanı Admiral Mike Mullen və NATO alyansının Avropadakı Müttəfiq qüvvələrinin komandanı Admiral James Stavridisə çatdırıb.

Hələlik rəsmilər McCrystalın nə qədər əlavə hərbi qüvvə istədiyini bildirmirlər.

Bundan əvvəl məlum olan budur ki, ABŞ prezidenti Barak Obama bu il ərzində Əfqanıstana əlavə 21 minlik qoşun göndərilməsini əmr edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG