Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:39

Əfqanıstanda 18 talibançı öldürlüb


Əfqanıstanın Gündüz əyalətinin qubernatoru məlumat verib ki, bu gün səhər saatlarında Taliban yaraqlıları Daşti Arçi şəhərində hakimiyyət binasına raketlərlə hücum edib. Atışmada yaraqlılardan 18 nəfəri öldürülüb.

Əfqan polisi ilə atışma yeddi saat davam edib. Öldürülən yaraqlılar arasında onların komandirləri də var. Daha 10 yaraqlı da yaralanıb.

Talibanın Əfqanıstanın şimal rayonlarında güclənməsi buradakı ABŞ və NATO qüvvələrinə təchizat işlərini çətinləşdirir.
XS
SM
MD
LG