Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:46

BMT İrandan dərhal danışıqlara başlamağı tələb edir


BMT-nin baş katibi Ban ki-Mun İranın prezidenti ilə görüşündə Tehranın uran zənginləşdirmək proqramından çox ciddi narahatlığını çatdırıb.

BMT-dən yayılan məlumatda deyilir ki, baş katib bir daha təkrar edib ki, İran BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməli, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıqdan boyun qaçırmamalıdır.

Ban Ki-Mun həmçinin deyib ki, konstruktiv danışıqlar dərhal başlamalıdır.

Dünən İran gözlənilmədən özünün ikinci nüvə zavodunu tikdiyini elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG