Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:57

İran böyük dövlətlər qarşıdurma həddinə gəlib


ABŞ prezidenti Barak Obama deyir ki, əgər İran özünün nüvə planları dünyanın böyük dövlətləri ilə qarşıdurma siyasəti aparır.

Bu barədə Obama dünən Böyük İyirmilik ölkələri liderlərinin ABŞ-da keçirilən toplantısından sonra keçirilən mətbuat konfransında bildirib:

- İranın dinc məqsədlərlə, xalqının enerji ehtiyaclarının ödənilməsi üçün uranı zənginləşdirməyə hüququ var. Amma onun bu sahədə apardığı işlərin miqyası və forması dinc məqsədli proqrama uyğun deyil. İran bütün dövlətlərin riayət etməli olduğu qaydaları pozmaqla nüvə silahının yayılmamasına dair qlobal rejimi pozur, regionda və dünyada təhlükəsizliyə zərbə vurur.

Barak Obama deyir ki, İrana qarşı yeni sanksiyalar gələn həftə böyük dövlətlərin bu məsələni müzakirəsi zamanı razılaşdırıla bilər.

İranın prezidenti Mahmud Əhmədinejad isə dünən informasiya agentliklərinə bildirib ki, onların yeni nüvə zavodu BMT-nin qaydalarına uyğun şəkildə qurulub.

Rusiya prezidenti Dmitri Medvedev dünən gecə bu mövzuda bəyanatla çıxış edib. Rusiya prezidenti deyib ki, əgər İran oktybarın 1-də Cenevrədə görüş zamanı əməkdaşlıqdan imtian etsə, Tehranın nüvə proqramına qarşı “başqa metodlar”dan istifadə ediləcək.
XS
SM
MD
LG