Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:47

Elmar Məmmədyarov Hillari Klintonla Qarabağ münaqişəsini müzakirə edib


Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub

Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub

Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşüb.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.

H.Klinton bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı «status-kvo»nun saxlanması yolverilməzdir. O, ABŞ-ın yeni administrasiyasının bu münaqişəsinin tezliklə nizamlanması ilə bağlı öhdəliyinə sadiqliyini bildirib.

E.Məmmədyarov ABŞ administrasiyasına məsələyə göstərdiyi diqqətə görə təşəkkür edib. O, deyib ki, Cənubi Qafqazda sülh və sabitlik münaqişənin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində nizamlanması şəraitində mümkündür.

Görüşdə ABŞ-la Azərbaycan arasında enerji sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib, regional enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, Azadlığa Dəstək Aktına «907-ci düzəliş»in ləğvi, demokratiya və insan hüquqları mövzusunda da müzakirələr aparıblar. / APA /

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG