Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:44

Barak Obama: «Dağlıq Qarabağ məsələsinin kritik önəmini bilirəm»


Danışıqlar 15 dəqiqə davam edib

Danışıqlar 15 dəqiqə davam edib

ABŞ-ın Pittsburq şəhərində prezident Barak Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Danışıqlar 15 dəqiqə davam edib.

«Anadolu» agentliyi xəbər verir ki, görüşdə əsasən Yaxın Şərqdəki vəziyyət və Türkiyə-Ermənistan-Azərbaycan üçbucağında cərəyan edən proseslər müzakirə olunub.

B.Obama son vaxtlar Türkiyə-Ermənistan münasibətlərində müşahidə olunan yaxınlaşmanı müsbət qiymətləndirib. Deyib ki, Cənubi Qafqazdakı problemlərin həllində Dağlıq Qarabağ məsələsi son dərəcə vacibdir və o, bunu bilir.

R.T.Ərdoğan isə bəyan edib ki, ABŞ, Rusiya və Fransadan ibarət ATƏT-in Minsk Qrupunun həmsədrliyi münaqişənin həlli istiqamətində fəallığını artırmalıdır. / APA /

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG