Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:58

Böyük İyirmilik ölkələrinin liderləri vədlər verdilər


Böyük İyirmilik ölkələri liderlərinin Pittsburg görüşü birgə kommunike ile başa çatıb. Həmin sənəddə liderlər borc içində üzən dövlətlər varlı ölkələr arasında natarazlığı azaltmaqla dünya iqtisadiyyatını yenidən təşkil etməyi vəd verirlər.

Liderlər öz ölkələrində iqtisadiyyatın zəif yerlərinə daha çox diqqət yetirəcəklərini, açıq bazarı və ixracatı, eləcə də yerli inkişaf mənbələrini dəstəkləyəcəklərini bildirirlər.

Toplantının ilk günündə Böyük İyirmilik ölkələrinin liderləri inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatında rolunun artırılması barədə də razılıq əldə etmişdilər.
XS
SM
MD
LG