Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:50

Şimal Axının rəsmisi Nabukkonu müdafiə etdi


Almaniyanın keçmiş kansleri Gerhard Schroeder bu gün Xəzərdən Avropaya qaz nəqli üçün nəzərdə tutulan Nabukko qaz kəmərini müdafiə etdiyini bildirib.

O, Qazaxıstanın paytaxtı Astanada keçirilən Enerji Forumunda çıxış edərkən bildirib ki, Avropaya Nabukko ilə əlavə qaz çatdırılmasına ehtiyac olacaq.

Məsələnin maraqlı tərəfi odur ki, Gerhard Schroeder Nabukko-nun əsas rəqibi olan Rusiyanın Qazprom şirkətinin Şimal Axını layihəsinin yüksək rütbəli nümayəndəsidir.

Rəsmi vəzifəsi Şimal Axınını müdafiə etmək olan Schroeder həm də Nabukko layihəsini müdafiə edənləri bu kəmərə İrandan qaz almağa çağırıb.

Gerhard Schroeder deyir ki, həm Şimal, həm də Cənub Axını kəmərləri də Xəzərdən qaz alacaq. Ona görə Nabukko kəməri üçün başqa yerlərdən də qaz axtarılmaldır.

Günün bütün mövzuları

XS
SM
MD
LG