Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:54

Əfqanıstanda səsləri təzədən sayırlar


Əfqan rəsmilər 10 şübhəli səsləri yenidən sayacaqlarını deyirlər. Bununla da onlar avqustun 20-də keçirilmiş şünhəli prezident seçkisinin ləngiyə nəticələrini elan etməyə çalışırlar.

Seçkidə saxtalaşdırmalar barədə iddialar olduğundan bu gün Əfqanıstanın seçki komissiyası və BMT-nin himayəsində olan mütəxəssis qrupu ölkə boyu 3 063 seçki məntəqəsindən 313-də səslərin yenidən sayılacağını bildiriblər.

Bundan əvvəl səslər sayılarkən olduqca qəribə nəticə ortaya çıxmışdı. Bu nəticəyə görə seçkiyə gələnlərin demək olar ki, hamısı yalnız bir namizədə səs vermişdi.

BMT-nin himayəsində olan ekspert qrupuna rəhbərlik edən kanadalı Grant Kippen bildirib ki, onlar seçki mütəxəssisi olmayan bəzi peşəkarı da prosesə dəvət ediblər. O, seçkinin xətası bir faizdən də aşağı olan real nəticəsini təqdim edəcəklərinə ümid etdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG