Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:59

Tehran yeni zavodun sirr olmadığını bildirir


İranın nüvə proqramına rəhbərlik edən Əli Əkbər Salehi urabı zənginləşdirmək üçün yeni zavod tikmələrinin sirr olmadığını deyib.

“Frans-Press” agentliyi ona istinadla yazır ki, yeni zavodun qurulması sirr olmadığı üçün də bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə məlumat veriblər. Amma Əli Əkbər Salehi bu zavodun nə vaxt işə salındığı, onun nə zamandan bəri tikildiyi barədə məlumat verməyib.

Tehran yalnız zavoda radioaktiv materiallar qoyacağını 180 gün əvvəlcədən bildirməklə bağlı beynəlxalq öhdəliyini yerinə yetirərək bu barədə BMT-nin uyğun qurumunu məlumatlandırıb.

Bu gün səhər Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın ikinci nüvə zavodu tikdiyi barədə Tehrandan məktub aldığını bildirib. Tehran məktubunda hələlik zavoda nüvə materialı yerləşdirmədiyini yazıb.
XS
SM
MD
LG