Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:10

Siyasətçilər maaşlarını dörd faiz azaldırlar


Çex Respublikasında ictimai sektorda işləyənlərin, o cümlədən də siyasətçilərin maaşları gələn il dörd faiz kəsilə bilər.

Sentyabrın 25-də parlamentin aşağı palatası 2010-cu ilin dövlət büdcəsində vergilərə və xərclərə dair düzəlişlər layihəsi qəbul edib. Yeni qaydalara görə siqaretə, alkoqola və benzinə görə vergilərdə də dəyişiklik olunmalıdır.

Deputatlar bununla büdcə kəsirini azaltmağı və büdcəyə əlavə 4 milyard dollar pul toplamağı düşünürlər.

Parlamentin yuxarı palatası da təsdiqləyəndən sonra dəyişiklilər qüvvəyə minəcək. Gələn ilin dövlət büdcəsi sentyabrın 30-a qədər təsdiqlənməlidir.
XS
SM
MD
LG