Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:45

Talış Mədəniyyət Mərkəzinə yeni rəhbər seçilib


Talış Mədəniyyət Mərkəzinə yeni rəhbər və «Tolişi sado» qəzetinə yeni redaktor seçilib.

Bu, Talış Mədəniyyət Mərkəzi İdarə Heyətinin sentyabrın 25-də keçirilən iclasında elan olunub .

Bu haqda AzadlıqRadiosuna Mərkəzin yeni sədri şair Əli Nasir məlumat verib.

«Tolişi sado» qəzetinin nəşri Hilal Məmmədova tapşırılıb.

Bundan əvvəl Talış Mədəniyyət Mərkəzinin rəhbəri və «Tolişi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov olub. O, bu il avqustun 17-də Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında vəfat edib. O, xəstəxanaya iyulun son günlərində 15 saylı Ciddi Rejimli Cəzaçəkmə Müəssisəsindən köçürülmüşdü.

2007-ci ilin fevralında həbs edilmiş Novruzəli Məmmədov 2008-ci il iyunun 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə dövlətə xəyanətdə - İran xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
XS
SM
MD
LG