Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:31

Moldova parlamenti baş naziri təsdiqləyə bildi


Bu gün Moldova parlamenti liberal düşərgədən olan siyasətçini baş nazir vəzifəsinə təsdiq edib.

Liberal Demokrat Partiyasının rəhbəri Vlad Filat ölkənin Avropa Birliyinə inteqrasiyasına tərəfdardır. Onun proqramına 101 nəfərlik parlamentdə 53 deputat səs verib.

İyul ayında keçirilən təkrar parlament seçkilərini çox kiçik səs fərqi ilə müxalifət koalisiyası udub. Bu, kommunistlərin parlamentdəki səkkiz illik hakimiyyətinə son qoysa da ölkənin prezidentini seçə bilmək üçün yetərli səs deyil.

Nə kommunistlərin bə də müxalifətin aldığı səslərin sayı prezidenti seçməyə imkan vermədiyindən Moldova hələlik siyasi dalandan çıxa bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG