Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:31

Milli Məclisin yeni tikilən 2-ci korpusunun açılışı olub


Sentyabrın 25-də Milli Məclisin yeni tikilən 2-ci korpusunun açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov AzadlıqRadiosuna bildirib ki, bundan sonra deputatların hər birinin ayrıca otağı olacaq.

Onun sözlərinə görə, yeni binada həmçinin müasir standartlara cavab verən arxiv, kitabxana, komitə iclasları və konfranslar üçün bir neçə böyük salon yaradılıb. İndi artıq parlamentdə eyni vaxtda həm birlikdə həm də ayrı-ayrı komitələrdə iclaslar keçirmək üçün şərait var.

Parlamentin 15 mərtəbəli yeni inzibati binasının təməli 2007-ci ilin noyabrında qoyulmuşdu. İnşaat işlərinin 24 aya başa çatdırılması nəzərdə tutulsa da tikinti vaxtından tez təhvil verilib.
XS
SM
MD
LG