Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:38

Tehran uranı zənginləşdirən ikinci zavodunun da olduğunu etiraf edib


Bu xəbəri Qərbin xəbər agentlikləri adı çəkilməyən diplomatlara istinadən yayıb.

Diplomatların dediyinə görə, İran bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd əl Baradeyiyə məktub göndərib.

İran əvvəllər yalnız bir zavodunun olduğunu bildirirdi.

Bir neçə gün sonra İranın nüvə proqramıyla bağlı İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə görüşü olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG