Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:37

Dövlət Sərhəd Xidməti Xəzər dənizində təlimlər keçirir


Bu gün Dövlət Sərhəd Xidmətinin Xəzər dənizində keçirdiyi genişmiqyaslı dəniz təlimləri başa çatır.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, üç gün davam edən təlimlərin məqsədi Xəzər dənizində Azərbaycan Respublikasının maraqlarının qorunması, hərbi qüvvələrin döyüş hazırlığının yoxlanılması, terror-təxribat qruplarının axtarışı və zərərsizləşdirlməsi üzrə tədbirlərdə şəxsi heyətin təcrübəsinin artırılması, dənizdəki neft-qaz infrastrukturunun mühafizəsidir.

Bu ilki dəniz təlimə Dövlət Sərhəd Xidmətinin gəmiləri, katerləri, xüsusi təyinatlıları, vertolyotları cəlb olunub.
XS
SM
MD
LG