Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:11

Valensa: "Amerikadan belə yekəxanalıq gözləmirdim"


Polşanın keçmiş prezidenti, Nobel mükafatı almış məşhur keçmiş dissident Lex Valensa Amerikanın Şərqi Avropada raketdən müdafiə sistemi planını ləğv ediyinə görə tənqid edib.

Valensa Azadliq Radiosuna müsahibəsində deyib ki, Amerika bir superdövlət kimi öz maraqlarına uyğun qərar verə bilər, amma qərarın verilməsi üsulu onun xoşuna gəlməyib.

O deyib ki, qərardan qabaq Çexiya və Polşa ilə müzakirələr aparmalı idi ki, bu, birtərəfli verilən qərara oxşamasın. Prezident Obamanın bu qərarına münasibətiniz necədir sualının cavabında Valensa deyib.

“Mən Amerikadan müxtəlif şeylər gözləyirdim, ancaq belə yekəxanalıq yox”.

Keçmiş Amerika prezidenti Buşun planına görə, İrandan atıla biləcək raketlərdən qorunmaq üçün Çexiyada və Polşada müdafiə sistemi qurulmalı idi.

Rusiya bu plana kəskin etiraz edirdi.
XS
SM
MD
LG