Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:10

Müsəlman liderlər itlərin təlim mərkəzinə gediblər


Avstraliyada yerli müsəlman icmasının 30-dan çox rəhbəri Brisbeyn kinoloji mərkəzinə gediblər ki, müsəlmanlara gözdən əlillərin xüsusi təlim keçmiş itlərin müşayiəti ilə hərəkət etməsini qadağan edən İslami norma olmadığını nümayiş etdirsinlər.

Onlar bu addımı bəzi müsəlman sürücülərin gözdən əlilləri müşayiət edən itləri maşına buraxmaq istəməməsi haqda xəbərlərdən sonra atmağa məcbur olublar.

Kuinslənd İslam Şurasının sözçüsü İmam Məhəmməd Əkrəm deyib:

“Əgər insan belə bir vacib işdən ötrü it saxlamağa məcburdusa, bu problem sayıla bilməz. Bu heyvanı Allah-təala yaradıb və onlar bəzi insanların həyatında bir çox şeyləri dəyişiblər. Cəmiyyət də bundan faydalanıb”.

Kinoloji mərkəzdə işləyən Bəşir İbrahim isə deyib ki, o, xüsusi təlim görən itdən istifadə edən yalnız bir gözdən əlil müsəlman tanıyır.

Avstraliyada 350 min müsəlman yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG