Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:18

Baş prokuror da ömürlük ola bilər


Artıq parlamentin gündəliyinə ««Prokurorluq haqqında» qanuna dəyişikliklər layihəsinin müzakirəsi daxil edilib

Artıq parlamentin gündəliyinə ««Prokurorluq haqqında» qanuna dəyişikliklər layihəsinin müzakirəsi daxil edilib

Bir şəxs baş prokuror, Naxçıvan Muxtar Respublikasının (MR) prokuroru və hərbi prokuror vəzifələrinə 2 dəfədən artıq seçilə bilər. Prezident Administrasiyasından Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinə göndərilmiş qanun layihəsi artıq buna imkan verir.

«Prokurorluq haqqında» qanunun 16-cı maddəsinin 2-ci hissəsinə edilən dəyişiklikdə məhdudiyyətlərin tətbiq edildiyi vəzifələrin sırasından baş prokuror, hərbi prokuror və Naxçıvan MR prokuroru vəzifələri çıxarılıb.

Bu isə artıq ərazi və ixtisaslaşmış prokurorlardan fərqli olaraq, baş prokurora, hərbi prokurora, habelə Naxçıvan MR-nın prokuroruna qoyulan məhdudiyyətin götürülməsidir.

Parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü Qüdrət Həsənquliyev deyir ki, Konstitusiyaya edilən dəyişiklikdən sonra onlar bütün vəzifə məhdudiyyətlərinin götürülməsinə tərəfdardılar:

- Biz Konstitusiyaya prezidentlə bağlı dəyişiklik etdik. Yəni, seçən özü müəyyən etməlidir ki, neçə dəfə seçir. Eləcə də təyin edən də özü müəyyən etməlidir ki, neçə dəfə təyin edir.

Qüdrət Həsənquliyev güman edir ki, parlamentin ilk iclasına qədər komitənin iclasında bu dəyişikliklər layihəsi qəbul ediləcək. Çünki artıq parlamentin gündəliyinə «Prokurorluq haqqında» qanuna dəyişikliklər layihəsinin müzakirəsi daxil edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG