Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

Qənimət Zahidlə bağlı növbəti bəyanat verildi


Sərhədsiz Reportyorlar Təşkilatı «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidlə ilə bağlı növbəti dəfə bəyanat verib. Təşkilat jurnalistin voleybol oynamaqdan imtina etdiyinə görə vaxtından əvvəl azad olunmadığını pisləyib.

Sərdəhsiz Reportyorlar bildirir ki, «Əzizbəyov Rayon məhkəməsinin qərarı Qənimət Zahidi mümkün qədər çox həbsdə saxlamağa yönəlib». Təşkilat bu qərarın həmçinin Azərbaycanda jurnalistlərə qarşı hədə-qorxu mühitini saxlamaq məqsədi daşıdığını da deyir.

Qanunvericiliyə görə, əgər məhbus cəzasının üçdə birini çəkdiyi müddətdə özünü nümunəvi aparıbsa və həbsxana qaydalarını pozmayıbsa, vaxtından əvvəl azad oluna və cəzası yüngülləşdirilə bilər.

«Azadlıq» qəzetindən AzadlıqRadiosuna bildiriblər ki, sentyabrın 17-də 17 saylı cəzaçəkmə müəssisəsində keçirilən prosesdə həbsxana rəhbərinin Qənimət Zahidlə bağlı verdiyi rəy buna mane olub. Belə ki, Qənimət Zahid 2008-ci ilin iyun ayında məhkumlar üçün təşkil olunan voleybol yarışmasında iştirakdan imtina etməklə həbsxananın rejim qaydalarını pozub.

Amma baş redaktorun vəkilləri hesab edirlər ki, əgər jurnalistə edilən xəbərdarlıqdan bir il ötübsə və məhbus bir il müddətində hər hansı qayda pozuntusuna yol verməyibsə, onda həmin xəbərdarlıq avtomatik olaraq qüvvədən düşmüş hesab edilir.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG