Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47
«Həftə ərzində daha çox dərs oxuyan tələbə-gənclər həftəsonu Fərdi İnkişaf Klubunun işində iştirak edir və növbəti həftəyə daha müsbət enerji ilə gedir».

AzadlıqRadiosunun «14-24» verilişinin qonağı Fərdi İnkişaf Klubunun rəhbəri Elnur Rüstəmov bunu deyir.

Fərdi İnkişaf Klubu Regional Psixologiya Mərkəzinin nəzdində yaradılıb və gəncləri, xüsusən də tələbələri əhatə edir. Klub üzvləri həm psixologiyadan dərs alırlar, həm də praktik məşğələlər keçirlər:

«Kluba müraciət edənlər xırda travmalı insanlardır. Tutaq ki, bir az əsəbidir, fikrini cəmləşdirə bilmir, həyatda nə istədiyini bilmir, dərsinə hazırlaşa bilmir – klub bu kontingent üçün nəzərdə tutulub».

Elnur Rüstəmov deyir ki, kluba gələn gənclər problemlərini çözümünü müxtəlif metodlarla tapırlar:

«Burda psixoloji oyunlardan daha çox istifadə edirik. Müəyyən problemləri olan gənclər, tələbələr klubda onların bir çoxunu çözürlər. Necə olur? O, klubda iştirak edə-edə öz probleminə müxtəlif istiqamətdə yanaşma imkanı qazanır. Nə qədər geniş düşünəcəksənsə, o qədər də onun həlli mexanizmi də asanlaşacaq. Qrup çalışmasını, tələbələrlə apardığımız oyunu onlar artıq öz evlərində tətbiq edirlər. Və yaxud tələbələr yığışıb həll etdiyimiz çalışmaları özlərinə tətbiq edirlər».

«Mafiya» oyunu psixoloji problemlərin həllinə necə kömək edir?

Fərdi İnkişaf Klubundan siz necə faydalana bilərsiniz?

Verilişi tam dinləsəniz, bu suallarınıza da cavab tapılacaq.

Buna da bax:

XS
SM
MD
LG