Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:33

Qərb Əhmədinejatı boykot edib


Dünyanın 6 güc dövləti İrandan «ciddi reaksiya» gözləyir.

Sentyabrın 23-də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya İranın mübahisəli nüvə proqramını müzakirə edib və belə bir bəyanat veriblər.

İranla Şura üzvləri arasında oktyabrın 1-də Cenevrədə danışıqlar aparılacaq. Qərb İranın uranı zənginləşdirməyi dayandırmasını istəyir, ehtiyat edir ki nüvə silahı hazırlaya bilər.

Bu arada BMT Baş Assambleyasının iclasında çıxış edən İran prezidenti Mahmud Əhmədinejat nüvə probleminə toxunmayıb. O yenidən İsrail və Qərb dövlətlərini tənqid edib, xarici qüvvələri Yaxın Şərqdə, İraq və Əfqanıstanda müharibədə, qan tökməkdə, təcavüz və terrorda günahlandırıb.

Bir çox qərbli diplomat Əhmədinejat çıxış edərkən zalı tərk edib.
XS
SM
MD
LG