Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:50

Rusiyalı milyardçı ABŞ-ın basketbol klubunu almaq istəyir


Rusiyalı milyardçı Mixail Proxrov Amerikanın “Nyu-Cersi nets” basketbol klubunu almağın mümkünlüyünə baxır.

Proxrov özünün internet-jurnalında yazır ki, komandanın yeni arenasının tikintisinin maliyyələşdirilməsilə bağlı təklifə cavabında o bir sıra şərtlər irəli sürüb.

Proxrovun bloqunda bu cür şərtlər irəli sürülür.

“ Nyu-Cersi nets” - in nəzarət paketi simvolik qiymətə onun qrupuna keçir, qrup tikintiyə kredit verir və qərb banklarından vəsait cəlb edir, Rusiya dünya
basketbol elitasında bərabər hüquqlu yer alır və ABŞ Milli Basketbol Liqasının sisteminə çıxış əldə edir.

Tikinti üçün təcili pul axtaran klub rəhbərliyi hələlik Proxrovun təkliflərinə münasibət bildirməyib.
XS
SM
MD
LG