Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:57
CanTreat adlı beynəlxalq işçi qrupu sentyabrın 22-də kasıb ölkələrdə xərçəng xəstəliyinin qarşısının alınması və müalicəsi barədə yeni araşdırmasının nəticəsini elan edib.

Hesabat müəllifləri bir «xərçəng fırtınası» gördükləri barədə xəbərdarlıq edirlər.


Hesabatda qeyd edilən əsas faktlar bunlardır:

  • Hər il dünyanın kasıb və orta gəlirli ölkələrində xərçəng xəstəliyindən ölənlərin sayı QİÇS, tuberkloz və malyariyadan birlikdə ölənlərdən daha çox olur.

  • 2008-ci ildə dünyada xərçənglə xəstələnənlərin yarısı və bu xəstəlikdən ölən hər üç nəfərdən ikisi az və ya orta gəlirli ölkələrin vətəndaşları olub.

  • Xərçəngin mənbələri hesab olunan malların yalnız 5 faizi inkişaf etmiş ölkələrdə istehlak olunub.

  • Xərçəng xəstələrinin 80 faizi kasıb regionlarda yaşayan insanlardır. Onlar bu xəstəlikləri barədə əvvəlcədən məlumat almaq imkanına malik olmayıblar.

  • Sonuncu mərhələlərində olan döş xərçənginin müalicəsi həmin xəstəliyin erkən çağlarında müalicəsindən doqquz dəfə baha başa gəlir. Gecikmiş xərçəngin müalicəsi də erkən mərhələdə olanın müalicəsindən dəfələrlə pis nəticələnir.

  • Dünyada uşaqlıq yolu xərçənginə tutulan qadınların 85 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Xəstəliyin bu növü qadın ölümünün ən əsas səbəblərindən hesab olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG