Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:10

Ötəri hökumət qovulmuş prezidentlə görüşə hazırdı


Hondurasın müvəqqəti rəhbəri Roberto Miçeletti ölkəyə dönmüş qovulmuş prezident Manuel Zelayeylə görüşə hazır olduğunu bəyan edib.

Amma o deyib ki, bu bir şərtlə mümkündür ki, noyabrın 29-da ölkədə prezident seçkiləri keçirilsin.

Zelaye bu ilin iyununda cevirilişlə hakimiyyətdən uzaqlaşdırılıb.

Yeni hakimiyyət onu qanunsuz olaraq dövlət başçısının səlahiyyət müddətini uzatmaq istəməkdə ittiham edir.

Zelaye ötən bazar ertəsi gözlənilmədən ölkəyə dönərək Braziliya səfirliyinə sığınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG