Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:19

Gəncədəki 37 saylı orta məktəbdə hicab problemi həllini tapıb


Hicaba görə Gəncədəki 37 saylı orta məktəbə buraxılmayan məktəblilərin problemi həll edilib.

Sentyabrın 15-də həmin məktəbin 3-cü və 5-ci siniflərində təhsil alan Sevinc, Zəkəriyyə və Rahilə adlı şagirdlər hicaba görə tədris müəssisəsinin qapısından içəri buraxılmamışdılar.

Məktəbli Rahilə Bəhruzinin atası Oktay Bəhruzinin AzadlıqRadiosuna verdiyi məlumata görə, valideynlər məktəb direktorunun hərəkətlərindən Gəncə şəhər Təhsil Şöbəsinə müraciət ediblər.

Ancaq oradan direktorun hərəkətinə bəraət qazandırılıb və bu, Təhsil naziri Misir Mərdanovun qərarı ilə əlaqələndirilib.

Şagirdlərin valideynləri ictimai təşkilatlara müraciət etdikdən sonra isə problem aradan qaldırılıb.

O.Bəhruzi: «Əlaqədar yerlərə məlumat verdik, yerli qəzetlər məsələyə qarışdı, nəsə sakitləşdilər».

Oktay Bəhruzinin sözlərinə görə, əgər məktəb rəhbərliyi tərəfindən növbəti dəfə şagirdlərə qarşı eyni hərəkət təkrarlansa, valideynlər yenidən ictimai qurumlara üz tutacaqlar.
XS
SM
MD
LG