Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:12

Hərbi Komissarlığın şöbə müdirinin evində tökülən qan məhkəmədə araşdırılır


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Gəncə şəhər sakini Elvin Bayramovun məhkəməsi başlayıb.

Elvin Bayramov əmisi, Gəncə Şəhər Hərbi Komissarlığının şöbə müdiri Səfər Bayramova məxsus mənzildə qətl törətməkdə təqsirli bilinir.

İttiham aktına görə, bu il mayın 23-də səhər saat 05.30 radələrində Səfər Bayramovun evində Elvin Bayramovla sonuncunun tanışı Coşğun Mərdanov arasında münaqişə baş verib. Elvin Bayramov Coşğun Mərdanovu bıçaqla qətlə yetirib. Sonra əmisi Səfər Bayramova və mərhumun atası İnşallah Mərdanova zəng edərək onları hadisə yerinə çağırıb, özü isə qaçıb.

Hər iki şəxs hadisə yerinə gəliblər, İnşallah Mərdanov oğlunun meyitini və Səfər Bayramovu görərək elə zənn edib ki, qətli Səfər Bayramov törədib. O, oğlunun qisasını almaq məqsədilə Səfər Bayramova bıçaq xəsarəti yetirib.

Əvvəlcə istintaq da bu qətl hadisəsində mənzil sahibi, Gəncə Şəhər Hərbi Komissarlığının şöbə müdiri Səfər Bayramovun əli olması versiyasını irəli sürüb. Sonradan müəyyən edilib ki, hadisə baş verərkən Səfər Bayramov işdə olub və hadisənin onun qardaşı oğlu tərəfindən törədildiyi müəyyənləşib və o, həbs edilib.
XS
SM
MD
LG