Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:55

Fərdi təqaud 1000, «xalq...» fəxri adı isə 50 manat


Azərbaycanda ölkə qarşısında xüsusi xidmət göstərən 29105 nəfər təqaüd alır. Dövlət Statistika Komitəsinin məlumatına görə, fəxri ad almış adamların arasında 463 nəfər fərdi təqaüdçü var ki, onların hər biri ayda 1000 manat təqaüd alır.

Dövlət fəxri adının qarşısında «Xalq» yazılmış 157 nəfərə 50, «əməkdar» yazılmış 1383 nəfərə isə 30 manat verir.

13 mindən çox şəhid ailəsi 89, Milli Qəhrəmanlar 500 manatdan çox təqaüd alır. Sonuncuların sayı 200 nəfərə yaxındır.
XS
SM
MD
LG