Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:28

Baş redaktor narkomanlıqda təqsirləndirilir


Sentyabrın 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə «İdeal» qəzetinin baş redaktoru Nazim Quliyevin məhkəməsinə hazırlıq iclası keçirilib.

Jurnalist Cinayət Məcəlləsinin bir çox maddələri ilə təqsirləndirilir.

Cinayət işi üzrə 6 zərərçəkmiş var ki, omlardan da biri «Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdır. Nazim Quliyev barədə ötən ilin oktyabr ayında Tənzilə Rüstəmxanlının iddiası əsasında cinayət işi başlanıb.

Bu ilin aprel ayında isə baş redaktor həbs edilib. T.Rüstəmxanlı N.Quliyev tərəfindən «İdeal» qəzetində şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edir.

İstintaq zamanı Nazim Quliyevin narkotik maddələrdən istifadə etdiyi və ayrı-ayrı şəxslərdən hədə yolu ilə pul tələb etməsi faktları da üzə çıxıb.

Nazim Quliyev Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirləndirilir.

Məhkəmə baxışı sentyabrın 28-nə təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG