Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:22

BVF donorları vədlərinə əməl etməyə çağırıb


Beynəlxalq Valyuta Fondu (BVF) donor ölkələri Pakistana yardım etməyə çağırıb.

Təşkilatın Pakistandakı rəsmisi Adnan Mazarei bildirib ki, vəsaitin çatışmazlığı Pakistan hökumətinin bəzi sahələrdə işini zəiflədir.

Ötən ilin aprelində donor ölkələrin Tokiyoda keçirilən konfransında onlar Pakistana 5,7 milyard dollarlıq yardım etməyə söz veriblər.

Ancaq Mazarei vəd olunan məbləğin bir qisminin verildiyini bildirib.

«Reuters» agentliyi donor ölkələrin vəsaitin hansı istiqamətlərdə xərclənəcəyinə dair detallı məlumat gözlədikləri deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG