Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:30

«Azərbaycanda İnternetin qiyməti bəlkə Amerikadan da ucuzdur»


Elmar Məmmədyarov Kolumbiya Universitetində, 22 sentyabr 2009
Elmar Məmmədyarov Kolumbiya Universitetində, 22 sentyabr 2009
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ştatların Kolumbiya Universitetində tələbə və müəllimlərlə görüşüb. Nazir Azərbaycanın xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandırıb. Onun toplantıda dediklərini qısa şəkildə təqdim edirik

RUSİYANIN DANIŞIQLARDAKI FƏAL ROLU HAQQINDA

Biz danışıqlar prosesinin işçi dilini ingilis dilindən rusdilinə ilk növbədə ona görə dəyişdik ki, Ermənistanın prezidenti Serj Sarkisyan təəssüf ki, ingilis dilini bilmir. Buna görə biz rus dilinə keçdik. Yoxsa bizim tərəfdən danışıqların ingilis dilində keçirilməsində heç bir çətinlik yox idi.

Biz məmnuniyyətlə deyə bilərik ki, Rusiya prezidenti Dmitri Medvedev danışıqlara çox yaxından cəlb olunub və hətta əsas sənəd layihələrinin detallarının müzakirəsinə qədər özü şəxsən iştirak edir.

Bunu ilk növbədə onun problemin həllinə nail olmaq istəyinin əlaməti kimi qiymətləndiririk.

Danışıqlar prosesi addım-addım öz həllini tapa biləcək bir məsələdir. Belə ağır bir danışıqların bir nəticə verməsinin yeganə yolu məhz mərhələ-mərhələ razılıq əldə edilməsidir. Danışıqlar həqiqətən olduqca ağırdır. Daim aradakı düşmənçilik münasibətlərindən necə yan keçməli sualı qalxır. Nifrət hisslərini, yaranmış vəziyyətin ağrılı tərəflərini zəiflətmək lazım gəlir. Lakin bu məsələyə ciddi yanaşan tərəf başa düşməlidir ki, heç kim başqasından torpağı zorla götürüb özünü heç nə olmamış kimi apara bilməz. Bizim bu sadə həqiqəti etiraf etməkdən başqa yolumuz yoxdur.

AZƏRBAYCANIN HƏRBİ RETORİKASI HAQDA

Siz prezident Əliyev, prezident Sarkisyan və prezident Medvedevin imzaladığı birgə sənədə diqqət yetirsəniz, orada münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə yönələn niyyət haqqında tərəflərin öhdəliyi var. Bu o deməkdir ki, biz diplomatik cəhdlərdən hələ təngə gəlməmişik. Biz hələ də çalışırıq ki, münaqişənin sülh yolu ilə həllinə gətirəcək yollar axtaraq. Digər tərəfdən isə, Azərbaycan indiki status-kvo vəziyyətini də qəbul edə bilməz. Bu məsələnin uzandığı hər gün, hər ay, hər il bizim xarici siyasətimizin prioritetlərinə təsir edir.

QƏBƏLƏ RLS-İ HAQDA

Bu məsələ ilə bağlı hər şeydən əvvəl müəyyən etmək lazımdır ki, ABŞ özünün raketə qarşı müdafiə sistemi ilə bağlı strategiyasını və siyasətini hansı əsaslar üzərində quracaq.

Bəli, həm Rusiya, həm də Amerika məsələ ilə bağlı apardıqları danışıqların gedişində Qəbələ stansiyası ilə bağlı bizə qısa məlumat veriblər. Biz bunun detallarını açıqlamayacağıq, amma həm rəsmi Moskva, həm də Vaşinqton Qəbələ ilə bağlı bizimlə danışıblar. O cümlədən Amerikanın raketə qarşı müdafiə proqramındakı dəyişikliklər haqqında bizə məlumat verildi, özü də qərarın hələ rəsmi olaraq açıqlanmazdan əvvəl.

Bundan sonra atılacaq addımlar haqqında qərarı Azərbaycan vermir. Amma biz Qəbələ ilə bağlı hələ əvvəldən də demişik ki, biz bu stansiyanın ümumi müdafiə sistemindəki iştirakı haqda danışıqlara hazırıq. Amma bu danışıqlar hansı istiqamətdə gedəcək, gərək böyük dövlətlər öz aralarında müəyyən etsinlər.

İndiyə qədər raketdən müdafiə sistemi ilə bağlı bizə olan müraciətlər ancaq Qəbələ stansiyası ilə bağlı olub. Başqa iştirak formalarından söhbət getməyib.

QARABAĞIN STATUSU HAQDA

Belə məsələlərdən indidən danışmaq çox çətindir. Məsələn, 1991-ci ildə Sovetlər birliyi haqqında kimsə proqnoz versəydi ki, bir ildən sonra Sovet İttifaqı dağılacaq, onu heç kim ciddi qəbul etməzdi. Danışıqlarla bağlı, əlbəttə adam çalışır ki, heç olmasa bir-neçə il qabağa baxsın.

Status məsələsi ilə bağlı isə, bəli, biz status məsələsini həll etməliyik. Azərbaycanın dövlətçilik məntiqi bunu tələb edir, çünki dövlətin tərkibində qeyri-müəyyən hüquqi statusa malik bir ərazi ola bilməz. Və biz bu addımı atmağa hazırıq. Amma buna necə nail olunacaq, kim verəcək belə qərarı - bütün bunlar danışıqların mövzusudur.

Bəli, Qarabağdan qovulan azərbaycanlılar geri qayıtmalı, sonra birlikdə sərbəst halda – məhz azad və sərbəst, Kalaşnikov silahlarının lüləsi altında yox – dinc birgə həyat qurulmalıdır. Biz Bakıda əminik ki, bu insanlar birlikdə Azərbaycan tərkibində ən yüksək muxtariyyət əldə edə biləcəklər. Amma bu haqda indidən danışmaq, məncə sadəcə söz-söhbət olardı.

BLOQQERLƏRİN İŞİ HAQDA

Emin Milli və Adnan Hacızadə ilə bağlı sualınızla məni bir balaca çıxılmaz vəziyyətə salırsınız. Belə ki, mənim dediklərim bu işin istintaqına müdaxilə və məhkəmənin qərarına təsir kimi qiymətləndirilə bilər.

Məhkəmə hələ qərar çıxarmamış ona təsir etmək olmaz. Başlıcası odur ki, məhkəmə araşdırmasının tamamilə vacib olduğunu qəbul edək. Siz məsələni siyasiləşdirirsiniz, bu isə qətiyyən yolverilməzdir.

Məhkəmənin qərarı olmadan mülahizə və fərziyyələr irəli sürmək olmaz. Kim-kimə birinci hücum edib, hadisələrin ardıcıllığı – bütün bunları məhkəmə araşdırmalıdır. Yerdə qalanlar hamısı fərziyyələrdir.

Bir-neçə hadisənin əsas kontekstən çıxarıb ümumi qiymət vermək vəziyyətin (söz azadlığı haqda - AzadlıqRadiosu) aydınlaşdırılmasına kömək etmir. Nəyəsə qiymət vermək üçün vəziyyətin tam mənzərəsinə baxmaq lazımdır. Məsələn, internet bu gün imkan verir ki, dünyanın istənilən yerindən tam məlumat alasan. Hökumət isə öz tərəfindən nə lazımdırsa edir - deyək ki, qiymətləri aşağı salır. Bu gün Azərbaycanda İnternet qiyməti bəlkə Amerikanın özündən də ucuzdur.

Amma siz deidyiniz hansısa konkret bir hadisəni kontekstən, ümumi vəziyyətdən kənar müzakirə etməkdir. İstənilən ölkədə, hətta inkişaf etmiş demokratiyası olan ölkələrdə ayrıca hadisəni ümumi kontekstən çıxarıb beləcə danışmaq olar.

Sözün düzü, mən məhkəmənin gedişini yaxından izləmirəm, amma onu dəqiq bilirəm ki, bu işlə maraqlanan səfirlərə icazə verilib ki, zalda oturub tam şəffaf və açıq olan bu prosesi müşahidə etsinlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG