Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:18

Barak Obama iqlim dəyişikliyilə mübarizəyə çağırıb


ABŞ prezidenti Barak Obama qlobal iqlim dəyişgənliyinə qarşı mübarizə aparmağa çağırıb və qeyd edib ki, problemi həll eləməmək yaxın illərdə qaçılmaz faciəyə səbəb ola bilər.

Obama bunu bu gün BMT-nin baş assambleyasının Nyu-Yorkda başlanan xüsusi sesiyasında deyib.

Həmçinin Çin prezidenti Hu Çintau vəd edib ki, onun ölkəsi havaya buraxılan zərərli qazların həcmini əhəmiyyətli dərəcədə azaldacaq.

Təşkilatın baş katibi Ban Ki Munsa qeyd edib ki, bu il qlobal istiləşməylə bağlı yeni razılaşma əldə etməmək mənəvi haqsızlıq olardı.

100-dən artıq dünya liderinin qatıldığı toplantıda əsasən qlobal istiləşməylə mübarizədə yeni pakt müzakirə olunur.
XS
SM
MD
LG