Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:04

BMT-də qlobal iqlim dəyişgənliyi müzakirə olunur


BMT-nin baş assambleyasının xüsusi sesiyasında qlobal iqlim dəyişgənliyi müzakirə olunur.

Təşkilatın baş katibi Ban Ki Mun sesiyanın açılışında deyib ki, bu il qlobal istiləşməylə bağlı yeni razılaşma əldə etməmək mənəvi bağışlanmazlıq olar.

100-dən artıq dünya liderinin qatıldığı toplantıda əsasən qlobal istiləşməylə mübarizədə yeni pakt müzakirə olunur.

Bu ilin dekabrında Kyoto Protokolunu əvəz edəcək yeni sənəd imzalanmalıdır. Sənədə görə dünya dövlətləri qlobal istiləşməyə səbəb olan qaz emissiyalarını azaltmalıdır.

XS
SM
MD
LG